"Paşinyan Qarabağla bağlı bəyanat verəndə nə dediyini fikirləşməlidir" - Nazir


"ATƏT-in Minsk qrupunun mandatını oxumaq lazımdır. Burada açıq şəkildə yazılıb ki, Ermənistan və Azərbaycan münaqişədə tərəflərdir və öz aralarında danışıqlar aparırlar".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. 

Nazir qeyd edib ki, bu, N.Paşinyanın Dağlıq Qarabağın münaqişə tərəfi olması ilə bağlı səsləndirdiyi ilk bəyanat deyil. 

E.Məmmədyarov vurğulayıb ki, hansısa danışıqlar aparanda gərək bunun üçün hazırlıq görülsün: "Yaxud da hansısa bəyanat verəndə fikirləşməlidir ki, orada nə deyilir. İlk növbədə, ortada sənədlər var. ATƏT-in Minsk qrupunun mandatını oxumaq lazımdır. Burada açıq şəkildə yazılıb ki, Ermənistan və Azərbaycan münaqişədə tərəfdir və öz aralarında danışıqlar var. O ki qaldı Dağlıq Qarabağ icmasına, burada hər iki ölkə maraqlı tərəfdir. Əgər maraqlı tərəfdirlərsə, orada Azərbaycan icması da var". (Report)

DİGƏR XƏBƏRLƏR

Top