"Türkiyəyə qarşı ciddi raket təhdidi var" - Türkiyənin müdafiə naziri


Rusiyadan alınan S-400 zenit-raket komplekslərinin Türkiyə ərazisində yerləşdirilməsi işlərinə 2019-cu ilin oktyabr ayında başlanılacaq.

Yeniavaz.com “Milliyet” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
Onun sözlərinə görə, S-400 sistemlərinin alınması ölkənin müdafiə məsələsi ilə bağlıdır: “Türkiyəyə və türk millətinə qarşı ciddi şəkildə hava və raket təhdidi var. Bu təhdidlərin əngəllənməsi üçün səylər göstərilir”.
H. Akar qeyd edib ki, komplekslərə xidmət göstərilməsi üçün personalın seçilməsi prosesi gedir: “Seçiləcək personal 2019-cu ilin əvvəlindən etibarən Rusiyaya təlimə göndəriləcək. Orada lazımi təlim keçəcəklər və qayıdıb vəzifələrini icra edəcəklər”.
Müdafiə naziri S-400 sistemlərinin harada yerləşdiriləcəyi məsələsinə də toxunub: “Sistemin qurulacağı yerlərlə bağlı işlər davam edir. Hərbi Hava Qüvvələri hava və raket təhdidlərinə qarşı dəyərləndirmə aparır, bunun nəticəsində sistemlər uyğun yerlərə qurulacaq”.
H. Akar diqqətə çatdırıb ki, S-400 NATO sistemindən tamamilə ayrı və müstəqil şəkildə istifadə ediləcək: “ABŞ və ya NATO-nun əndişələri yersizdir. ABŞ və ya NATO sistemlərinə hücumun olmasına, hansısa rahatsızlıq verilməsinə icazə vermərik. Bu, seçim məsələsi deyil, məcburiyyətdir”.

DİGƏR XƏBƏRLƏR

Top