Makqreqorla döyüşə görə qonorarın yarısı Həbibə qaytarılacaq

 
Nevada ştatının Atletik komissiyası qarışıq üslubda döyüşən Həbib Nurməhəmmədov və Konor Makqreqorun müvəqqəti diskvalifikasiyalarının müddətini uzadıb.
Yeniavaz.com “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, komissiya döyüşdən sonra idmançılar arasında baş vermiş dava işinə baxılmasınadək hər iki idmançını müvəqqəti diskvalifikasiya etmək qərarına gəlib. 
H. Nurməhəmmədovun məhz necə cəzalandırılacağı hələ məlum deyil. Güman edilirdi ki, o, döyüşə görə 2 milyon dolar təşkil etməli olan qonorardan məhrum ediləcək. Lakin bu gün məlum olub ki, komissiya H. Nurməhəmmədova verilməyən məbləğin 50 faizini qaytarmaq qərarına gəlib. 
Bununla da dağıstanlı idmançı hər halda 1 milyon dollar alacaq. Komissiyanın növbəti iclası dekabrın 10-una planlaşdırılıb. Bu insident üzrə yekun qərar həmin vaxt verilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top