Mariya Stadnik dünya çempionatının yarımfinalında

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir. Yarışın beşinci günündə qadınlardan ibarət yığmamızın son dörd üzvü mübarizəyə start verib.

Güləşçilərimizin ikisi 1/8 finaldan, ikisi isə təsnifat mərhələsindən yarışa başlayıb. Qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) 1/8 finalda isveçli rəqibinə vaxtından əvvəl qalib gəlib. Millimizin ən titullu güləşçisi 1/4 finalda dünya çempionu və Rio Olimpiadasının bürünc medalçısı olan çinli rəqibinə də heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top