Ruhani: Qaşıqçı ABŞ-ın dəstəyi ilə öldürülüb


Səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ABŞ tərəfindən dəstək olmadan baş verə bilməzdi.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.
O bildirib: “Düşünmürəm ki, ABŞ-ın dəstəyi olmadan bu cür cinayəti törətməyə kimsə cürət edə bilərdi. Heç kəs təsəvvür edə bilməzdi ki, hazırda müasir dövrdə biz belə cinayətin şahidi ola bilərik”.
H.Ruhani C. Qaşıqçının cinayətini pisləyərək Türkiyəni qərəzsiz və dəqiq təhqiqat aparmağa çağırıb: “Biz Türkiyə hökumətindən xahiş edirik ki, təhqiqatı davam etdirərək dünya ictimaiyyətinə son onilliklərdə bənzəri olmayan bu cinayətin təfərrüatlarını açıqlasın”.

DİGƏR XƏBƏRLƏR

Top