Bakıda Məmmədyarovla Trampın müşaviri arasında görüş keçirilir


Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton arasında görüş keçirilir.

Bu barədə Yeniavaz.com Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Görüşdə tərəflər Azərbaycan ilə ABŞ arasındakı əməkdaşlığın inkişafını, həmçinin regional məsələləri müzakirə edirlər.

DİGƏR XƏBƏRLƏR

Top