Ermənilər yenə atəşkəs rejimini pozdular


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Yeniavaz.com Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top