Ermənistanın baş naziri postuna Paşinyanın namizədliyi irəli sürüləcək


Ermənistan parlamentinin “Yelk” fraksiyası ölkə hökumətinin başçısı postuna baş nazirin vəzifələrini icra edən Nikol Paşinyanın namizədliyinin irəli sürülməsi barədə qərar verib. Bu barədə fraksiyanın katibi Gevorq Qorqisyan məlumat verib. “Biz mütəxəssislərlə hüquqi nüansları öyrəndik və Paşinyanın baş nazir postuna namizədliyini irəli sürməyə qərar verdik”, - deyən Qorqisyan əlavə edib ki, baş nazirin seçkiləri üzrə iclas çərşənbə günü keçiriləcək, lakin “Yelk” fraksiyasından olan deputatlar iclasda iştirak etmək niyyətində deyillər. “Addımımız texniki xarakter daşıyır”, - deputat qeyd edib. Daha öncə parlament fraksiyaları baş nazir postuna namizəd irəli sürməyəcəklərini bildirmişdilər.(Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top