
Bakıda 14 yaşlı qız eyvandan paltar asarkən yıxılaraq ağır xəsarət alıb. Hadisə Biləcəri qəsəbəsi İsmayılov küçəsi 3 ünvanında baş verib. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, bud sümüyünün sınığı və qarnın küt travması diqnozu ilə xəstəxanaya gətirilən yeniyetmənin vəziyyəti orta ağırdır.(Report)