“Sofiya”nın Azərbaycana gətirilməsinə pul xərclənməyib - RƏSMİ


Robot “Sofiya”nın Azərbaycana gətirilməsi qarşılıqlı tərəfdaşlıq çərçivəsində baş tutub.
Bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib. O qeyd edib ki, robotun ölkəmizə gətirilməsi üçün hər hansı vəsait xərclənməyib: "Hazırda danışıqlar aparılır ki, gələcəkdə robot “Sofiya” iştirak edəcəyi beynəlxalq tədbirlərdə və görüşlərdə "ASAN-xidmət" modelinin təbliği ilə məşğul olsun". E.Niftəliyevin sözlərinə görə, “Sofiya” 2 gün müddətində "ASAN-xidmət"in qonağıdır. (Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top