
Öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçının cəsədi Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun iqamətgah ərazisində aşkar olunub. Yeniavaz.com-un məlumatına görə, bunu Türkiyənin “Vətən” partiyasının sədri Doğu Perinçek “RİA Novosti” agentliyinə deyib. O bildirib: “İstanbul Təhlükəsizlik Xidməyinin etibarlı mənbələri mənə məlumat verdilər ki, Qaşıqçının cəsədi su quyusunda aşkarlanıb. Quyu Səudiyyə Baş Konsulluğunun iqamətgah ərazisindəki bağçada yerləşir”. Bu məlumat hələ rəsmi təsdiq olunmayıb.