Səudiyyə türk polisinə konsulluq avtomobilini axtarmağa icazə vermədi

 
Ər-Riyad hakimiyyəti türkiyəli müstəntiqlərə bu gün tapılmış Səudiyyə Ərəbistanının Baş Konsulluğunun adına rəsmiləşdirilən nömrə nişanlı avtomobilə ətraflı baxılmasını həyata keçirməyə icazə verməyib. Yeniavaz.com Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, nəqliyyat vasitəsi İstanbulun Sultanqazi rayonundakı yeraltı dayanacaqda tərk edilib.
 
Dayanacaq Səudiyyə Ərəbistanının Baş Konsulluğunun binasından təqribən 20 kilometr aralıda yerləşir. Avrtomobili ora diplomatik missiyanın Türkiyə vətəndaşı olan sürücülərindən biri iki həftə əvvəl aparıb. Polis və müstəntiqlər jurnalist Camal Qaşıqçının işi çərçivəsində maşını axtarmaq üçün parklanma yerinə gəliblər. Lakin avtomobilə yalnız kənardan pəncərə vasitəsilə baxa biliblər.
 
Telekanal qeyd edir ki, Səudiyyə tərəfi ətraflı baxış keçirməyə və bununla bağlı istintaq tədbirləri aparmağa icazə verməyib. Bununla belə, polis əməkdaşları avtomobilin ətrafında və dayanacağın girişində növbətçilik çəkməyə davam edirlər.
 
Həmçinin bildirilir ki, yerli hakimiyyətin əlində olan video görüntülərə əsasən, 4 gün əvvəl Səudiyyə Baş Konsulluğunun qeydiyyat nişanlı digər avtomobili bu dayanacağa gəlib. Konsulluğun nəqliyyat vasitəsi orada təqribən 11 dəqiqə qalıb və bu müddət ərzində parklanmış avtomobilə xarakteri barədə hələ məlum olmayan əşyalar qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top