Xorvatiyanın keçmiş Baş naziri həbs edildi - RÜŞVƏT QALMAQALI

 
Zaqreb dairə məhkəməsi Xorvatiyanın keçmiş Baş naziri İvo Sanaderə 1990-cı illərin ortalarına gedib çıxan böyük korrupsiya işi üzrə hökm oxuyub. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, məhkəmə 2003-2009-cu illərdə Baş nazir vəzifəsini tutmuş siyasətçini Avstriyanın “Hypo Bank”ından ümumi dəyəri 485 min avro olan rüşvət almaqda günahkar bilib.
 
İ. Sanader rüşvətin müqabilində Xorvatiya hökumətinin beynəlxalq kreditorlarla apardığı danışıqlarda bankın maraqlarını güdməliydi. Danışıqlar 1994-1995-ci illərdə keçmiş Yuqoslaviyanın ərazisində baş vermiş silahlı münaqişə zamanı aparılıb. Həmin vaxt İ. Sanader Xorvatiyanın xarici işlər nazirinin müavini vəzifəsini tuturdu.
 
Bugünkü hökmə uyğun olaraq, keçmiş Baş nazir 2,5 il müddətinə həbs olunmalı, alınmış 415 min avro rüşvətə və məhkəmə xərclərinə görə büdcəyə kompensasiya ödəməlidir. İ.Sanaderin adı daha bir neçə korrupsiya işində hallanır. Xorvatiya hökumətinin sorğusuna əsasən, o, 2010-cu ilin dekabrında Avstriyada saxlanılıb, bir il sonra isə ölkəyə ekstradisiya olunub.

DİGƏR XƏBƏRLƏR

Top