Kaşıkçı qətlindən əvvəl şahzadə ilə telefonda danışıb - İDDİA


Səudiyyəli jurnalist Camal Kaşıkçının qətli ilə bağlı daha bir qalmaqallı iddia ortaya atılıb. İddiaya görə, Kaşıkçı konsulluğa daxil olduqdan sonra Səudiyyə Ərəbistanından gələn 15 nəfərlik dəstə tərəfindən nəzarət altına alınıb. Daha sonra jurnalist vəliəhd şahzadə Məhəmməd bin Salmanla telefonda danışıb. Vəliəhd danışıqlar zamanı Kaşıkçını Ər-Riyada dönməsi üçün dilə tutub, lakin jurnalist ölkəsinə dönəcəyi təqdirdə saxlanılaraq öldürüləcəyindən ehtiyat etdiyi üçün bunu rədd edib. Telefon danışığı başa çatdıqda isə sui-qəsd dəstəsi tərəfindən qətlə yetirilib.(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top