Kəndin 100-ə yaxın sakini polisə aparıldı - Qubada


Qubada əmisi oğlunun arvadını qaçırdığı üçün döyülürək öldürülən Elşad Əsədovla bağlı yeni faktlar məlum olub. 

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda 100-ə yaxın Tülər kənd sakini hadisə ilə polis şöbəsində dindirilir.

Bundan başqa, məlum olub ki, E. Əsədov Bakıdan kəndə gətirilərək dar bir küçədə bağlanılıb. Daha sonra sakinlər onu təpikləyərək öldürüb.

Mərhumun meyiti atasına təhvil verilib. Lakin kənddə adam olmadığından dəfn edilməyib.

Qaçırılan Aynur Əsədova da hazırda Quba rayon hüquq mühafizə orqanındadır.

DİGƏR XƏBƏRLƏR

Top