Mingəçevirdə yeni tikilən binalardakı mənzillərin alıcısı yoxdur


Mingəçevirdə mənzil bazarında son vaxtlar artım müşahidə olunub. Lakin şəhərdə yeni tikilən hündürmərtəbəli yeni binalara isə heç təlabat yoxdur. Həmin yeni binalar görnüşü ilə diqqət çəksədə, alıcılar orada satışa çıxarılan mənzillərə o qədər də maraq göstərmirlər. Relitorların sözlərinə görə, sözügedən binalarda kvadratla satış aparılır. 1 kv. üçün isə qiymət məkandan asılı olaraq 650-700 manat arasında dəyişir. Relitorlar Aydın Heydərov, Vüqar Yusifov bildirirlər ki, şəhərdə yeni tikilən binada 1 otaqlı mənzil almaq üçün müştəri 50 min manatından keçməlidir. Bu qiymətlər Mingəçevirə uyğun deyil. Maraqlı məqam ondan ibarətdir ki, həmin yeni tikililərə kənar yerlərdən gələn insanlar kirayə qalmaq üçün müraciət edirlər. Bunun üçün otaq sayına uyğun olaraq qiymət 400-600 manat arası dəyişir. Relitorlar indiki dövürdə daha çox köhnə xuruşövkalara, 5 və 9 mərtəbə binlarda olan mənzillərə təlabatın olduğunu bildirirlər.
Esmira Hidayətova, Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top