Türkiyə ilə müharibəyə doğru: Yunanıstan ərazi sularını genişləndirir


Yunanıstanın Xarici İşlər Nazirliyi ölkənin ərazi sularının 12 milədək tədricən genişləndirilməsi haqqında prezident fərmanlarının layihələrini hazırlayıb.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Yunanıstanın sabiq xarici işlər naziri Nikos Kotzias deyib.
O bildirib: “Bizim xarici siyasətimiz 120 illik məsələni bağlayır və ölkənin suverenliyinin genişləndirilməsini reallaşdırır. O, Ottonidən (İon dənizindəki ada) Andikitirayadək uzanır. O, 6 mildən 12-milədək genişlənir. Bu, Dodekanes adalarını əldə etdikdən sonra ilk dəfə baş verir. Müvafiq prezident fərmanları hazırdır”.
N. Kotzias qeyd edib ki, zonanın genişləndirilməsi tədricən olacaq və İon adalarından başlayacaq, sonra Kritədək çatacaq: “Bu, beynəlxalq hüquqa uyğundur. Aleksis Tsipras bəyan edib ki, bu iş davam edəcək”.
Hazırda Yunanıstanın ərazi suları 6 mil, hava məkanı isə 10 mil təşkil edir. Türkiyə daha əvvəl bəyan etmişdi ki, ərazi sularının 12 milədək genişləndirilməsi kazus belli (müharibə elan etmək üçün formal səbəb) olacaq. Lakin indiki mərhələdə o, Egey dənizinin adalarını əhatə etməyəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top