Əfqanıstanda 15 partlayış: ölən və yaralananlar var


Əfqanıstanın paytaxtı Kabildə yerləşən seçki məntəqələrində baş vermiş bir neçə partlayış nəticəsində 3 nəfər həlak olub, təqribən 30 nəfər yaralanıb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, seçki məntəqələrinin yaxınlığında təqribən 15 partlayış qeydə alınıb.
Qeyd edək ki, Əfqanıstanın 32 vilayətində seçki məntəqələri açılıb. Vətəndaşlar Milli Assambleyanın Aşağı Palatasının deputatlarını seçirlər. “Taliban” radikal hərəkatı seçkilərin keçirilməsinin əleyhinə çıxış edir.

DİGƏR XƏBƏRLƏR

Top