Qırğızıstanın eks-prezidentinin yaxın ətrafı həbs olunur


Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) ölkənin sabiq Prezidenti Almazbek Atambayevin keçmiş müşaviri İkramjan İlmiyanovu saxlayıb.
Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, keçmiş məmurun saxlanmasının təfərrüatları haqqında məlumat daha sonra veriləcək.
İ. İlmiyanov Bişkekə Moskvadan gətirilib. Ona qarşı cinayət işi qaldırıldığına görə axtarışa verilmişdi. İ. İlmiyanov 2018-ci ilin iyun ayında ölkəni tərk etdiyinə görə onun yeri məlum deyildi. Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidmətindən isə deyiblər ki, o, şanta edilərək rüşvət almaq maddəsi üzrə cinayət işi qaldırılması ilə əlaqədar qiyabi həbs olunub.
Xatırladaq ki, iyulda korrupsiya şübhəsi üzrə keçmiş Baş nazir Jantor Satıbaldayev həbs olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top