Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov fotosunun yer aldığı köynəyi azərbaycanlı müğənni Elnur Məmmədova hədiyyə göndərib.
Həbib əlavə olaraq göndərdiyi video-mesajda isə bunları deyib:
“Salam aleykum. Azarkeşlik etdiyin üçün təşəkkür edirəm. Sənə sağlamlıq və uğurlar arzu edirəm. Görüşənədək”.
E.Məmmədov aldığı hədiyyələri İnstaqramdakı hesabında paylaşaraq onunla fəxr etdiyini söyləyib. (Qafqazinfo)