Dünyanı qorxudan proqnoz - ABŞ iqtisadiyyatı çökəcək


ABŞ iqtisadiyyatı yaxın iki ildə 60% ehtimalla resessiyaya uğrayacaq. Bu barədə "Bloomberg" nəşri "JPMorgan"-ın hesablamalarına istinadən xəbər verir.

İl ərzində analitiklər ABŞ-da resessiyaya ehtimalını 28% qiymətləndirilib. Üç illik perspektivdə ehtimal artıq 80%-dən yuxarı olacaq.

"JPMorgan"-ın ekspertləri istehlakçılar və biznesin inamı, kişilərin əmək bazarında iştirakı, uzunmüddətli istifadə üçün məhsullara tələbat və ÜDM-də tikintinin payı kimi faktorları nəzərə alıb. Nyu-York Federal Ehtiyat Bankının hesablamalarına əsasən, bir il sonra resessiya ehtimalı 14,5% olacaq. (sputnik.az)

DİGƏR XƏBƏRLƏR

Top