Kadırov inquşlara hədə-qorxu gəldi

Çeçenistan rəhbəri Ramzan Kadırov İnquş Respublikasında keçirilən etiraz aksiyalarına münasibət bildirib. 

Yerli məmurların iştirak etdiyi toplantıda məsələyə toxunan Kadırov Çeçenistan-İnquşetiya sərhədinin dəyişdirilməsi üzündən baş tutan aksiyaların təşkilatçılarına hədə-qorxu gəlib.

“Əgər siz əsl kişisiniz, əgər xalqsınız, əgər bu ərazi sizindirsə (imzalanan sazişdən sonra Çeçenistanın nəzarətinə keçən ərazi-red.), orada mitinq edin. Əgər oradan sağ getsəniz, mən ünvanıma söylədiyiniz olacağam”.

Nəşrin yazdığına görə, Kadırovun çıxışı etiraz aksiyalarının liderlərinə ünvanlanıb. Bunlar publisist İdris Abadiyev, İnquşetiyanın sabiq daxili işlər naziri Əhməd Poqorov və sabiq baş nazirin müavini Daud Yandiyevdir.  

Qeyd edək ki, aksiyalar zamanı həmin şəxslər Kadırovun ünvanına sərt ifadələr səsləndiriblər. 


(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top