Ovçuluq təsərrüfatında ov üçün quş tapılmır - VİDEO


Ovçuluq mövsümünə start verilsə də, Biləsuvarın Mahmudçala ovçuluq təsərrüfatında quş tapılmır. Buna səbəb ərazidəki suyun quruması və quşlarin əvvəlki kimi bu əraziyə miqrasiya etməməsidir. Yay mövsümü quraqlıq olduğundan çalada su kəskin azlamağa başlayıb. Ovçuların sözlərinə görə, Mahmudçalanın su təminatı üç istiqamətdən həyata keçirilir. Bunun biri təbii yolla- Balharı çayı vasitəsi ilə mümkün olsa da, bu il çayda su quruduğundan əraziyə axın demək olar ki, dayanıb. Cənub Muğan Kanalı və Şirvan kollektorının isə qarşısı kəsilib. Buna səbəb suyun əkin sahələrinə və balıqçılıq təsərrüfatlarına yönəldilməsi olub. Təsərrüfatdan onu da bildirdilər ki, artıq bir neçə gündür ki, Cənub Muğan kanalından axan suyun istiqaməti Mahmudçala ərazisinə yönəldilib. Noyabr ayının sonuna qədər çalanı əvvəlki halına qaytarmaq mümkün olacaq. (Xezerxeber)
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

DİGƏR XƏBƏRLƏR

Top