“Bu, xaricə qoyduğumuz ən böyük sərmayəmizdir” - VİDEO


"Azərbaycan və Türkiyə iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdir". Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev "Star" neft emalı zavodunun açılış mərasimində deyib: "Türkiyə Ərdoğanın liderliyi sayəsində dünya miqyasında böyük gücə çevrilib, dünya çapında söz sahibdir. Bölgədə və dünyada Türkiyə ilə hesablaşırlar. Türkiyənin mövqeyi bir çox hallarda həlledici rol oynayır. Mən dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı ikinci ölkə tanımıram. “Star” rafinerinin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Bu bizim xaricə qoyduğumuz ən böyük investisiyamızdır. Bir sözlə, bu gün “Star” neft emalı zavodunun açılışı timsalında birliyimizin, dayanışmamızın, dostluğumuzun əlamətini görürük”. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top