Dünyada ilk: neytral cinsin göstərildiyi pasport verildi


Neytral cinsin göstərildiyi ilk pasport Niderlandda verilib. Yeniavaz.com TASS agentliyinə istinadən xəbər verir ki, sənədin sahibi Breda şəhərindən olan Leonne Zeygersdir. Pasportun cins qrafasında müvafiq olara kişi və qadın cinsini göstərmək üçün adətə istifadə olunan M və V əvəzinə X yazılıb. L. Zeygers buna məhkəmə vasitəsilə nail ola bilib. L.Zeygers anadan olarkən həkimlər onun cinsini müəyyənləşdirə bilməyiblər, lakin onun üçün kişi cinsi yazmaq qərarına gəliblər. 2001-ci ildə bu adam əməliyyat etdirərək rəsmən qadın olub. Bundan sonra o bəyan edib ki, özünü orta cinsin siması kimi hiss edir, yəni nə kişi, nə də qadın.

DİGƏR XƏBƏRLƏR

Top