Krımdakı kollecdə qətliam türk silahı ilə törədilib


Krımın Kerç şəhərindəki politexnik kollecdə 21 nəfəri qətlə yetirən 18 yaşlı tələbə Türkiyə istehsalı olan silahdan istifadə edib. Yeniavaz.com Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, 4-cü kurs tələbəsi olan Vladislav Roslyakov sentyabr ayında rəsmi şəkildə müraciət edərək silaha icazə alıb. Məlumata görə, 18 yaşlı qatil Türkiyə istehsalı olan “Hatsan Escort Aimguard” markalı tüfəngdən istifadə edib. Sözügedən tüfəngin 5+1 patron tutumu var. Çəkisi isə 3 kiloqradmdır. Silahın Rusiyada qiyməti təxminən 28 min rubldur.

DİGƏR XƏBƏRLƏR

Top