Azərbaycanlıların Türkiyədən aldıqları mənzillərin sayı 2,5 dəfə artıb


Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 763 mənzil, sentyabr ayı ərzində isə 180 mənzil alıblar.
Yeniavaz.com Türkiyə Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki, 2017-ci ilin yanvar-sentyabr aylarında azərbaycanlılar Türkiyədən builkindən 49,3% və ya 252 mənzil az - 511 mənzil satın alıblar. Bu ilin sentyabr ayında isə azərbaycanlılar Türkiyədən 180 mənzil satın alıblar və bu, ötən ilin sentyabr ayındakı göstəricidən 2,5 dəfə və ya 108 mənzil çox olub.
Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 9 ayı ərzində Türkiyədən ümumilikdə 24 min 385 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 58,5% və ya 9 min 3 mənzil çox olub.
Son 9 ayda  Türkiyədə ev alan əcnəbilər arasında İraq, İran, Küveyt, Səudiyyə Ərəbistanı, Almaniya, Rusiya, Əfqanıstan, İordaniya, İngiltərə və Azərbaycan vətəndaşları üstünlük təşkil edib. Belə ki, bu ilin sentyabr ayında İraq vətəndaşları Türkiyədən 1351, İran vətəndaşıları 538, Küveyt vətəndaşları 360, Səudiyyə Ərəbistanı vətəndaşları 312, Almaniya vətəndaşları 299,  Rusiya vətəndaşları  263, Əfqanıstan vətəndaşları 227, İordaniya vətəndaşları 199,  İngiltərə vətəndaşları isə 193 mənzil alıblar.

DİGƏR XƏBƏRLƏR

Top