Ağsu sakini üstündə narkotik Naftalana gedibmiş...


Naftalan şəhər polisinə İmadəddin Talıbovun üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, dərhal əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları həmin şəxsi saxlayıblar. Şöbədə Ağsu sakinin üzərinə baxış zamanı ondan külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs narkotiki Qax rayonunda şəxsi istifadəsi üçün yığıb topladığını deyib. Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Naftalan

DİGƏR XƏBƏRLƏR

Top