Rusiya təyyarəsi qəzaya düşdü

 
Rusiyanın Krasnodar diyarında L-39 təlim təyyarəsi qəzaya uğrayıb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiyalar Departamentindən deyiblər.
 
Hadisə Doljanskya yaşayış məntəqəsində plana uyğun keçirilmiş təlim-məşq uçuşu zamanı baş verib. Təyyarə suya düşüb, axtarış-xilasetmə qrupu qəza yerində pilotların axtarışı ilə məşğuldur.
 
Bildirilir ki, təyyarə hərbi komplekt olmadan uçuş həyata keçirib. İlkin məlumata əsasən, qəzaya səbəb texniki nasazlıq ola bilər. Regionun təcili xidmətlərindən isə deyiblər ki, iki pilot katapult edib, onlar suya düşüb,  xəsarət alan yoxdur.
 
Qeyd edək ki, L-39 “Albatros” təlim reaktiv təyyarəsi 1970-1999-cu illərdə Çexiyada istehsal edilib.

DİGƏR XƏBƏRLƏR

Top