"İtkin düşmüş səudiyyəli jurnalistə görə ABŞ məsuliyyət daşıyır"

ABŞ itkin düşmüş səudiyyəli jurnalist Camal Khaşoqinin taleyinə görə müəyyən mənada məsuliyyət daşıyır.

Bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib. 

“Bildiyimə görə, yoxa çıxmış jurnalist Rusiyada yox, ABŞ-da yaşayıb. Bu mənada əlbəttə ki, ABŞ onun başına gələnlərə görə məsuliyyət daşıyır”, - deyə o vurğulayıb. 

Qeyd edək ki, C. Khaşoqi Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Onun orada qətlə yetirildiyi iddia olunur. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top