Xərçəng xəstəsini öz övladı kimi təqdim edən şəxs yığılan pulları mənimsəyib


Bərdə rayon sakini Xəyyam Rzayev rayon polis şöbəsinə müraciət edərək Ruslan adlı şəxsin sosial şəbəkələrdə hesab açaraq onun xərçəng xəstəliyindən əziyyət çəkən oğlunu öz övladı kimi təqdim etdiyini və oğlunun şəkillərini paylaşdığını bildirib.
Yeniavaz.com Report-a istinadən xəbər verir ki, şikayətçi qeyd edib ki, Ruslan sosial şəbəkə istifadəçilərindən onun oğlunun şəkilləri vasitəsilə “Kapital bank”da açdığı hesaba pul köçürmələrini xahiş edib. Daha sonra X.Rzayev oğlunun müalicəsi üçün yığılan pulları tələb etdikdə, Ruslan vəsaiti verməkdən boyun qaçırıb.
Polis faktla bağlı araşdırma aparır.

DİGƏR XƏBƏRLƏR

Top