93 ölkədə birgə əməliyyat: 55 ton kokain tapıldı, 300 nəfər saxlanıldı


93 ölkədə müştərək keçirilən əməliyyatda ən azı 55 ton narkotik maddə ələ keçirilib.
Yeniavaz.com “Euronews” telekanalına istinadla xəbər verir ki, bu barədə Interpol Beynəlxalq Polis Təşkilatı məlumat yayıb.
“Lionfish” adı verilən əməliyyat çərçivəsində sentyabrın 17-dən oktyabrın 8-dək ümumilikdə 300 nəfər saxlanılıb. Axtarışlar zamanı Kot-d'İvuardan Braziliyaya yola çıxacaq gəmidəki buxarlı silindirin içində kokain, Hollandiyada bir evdə ekstazi laboratoriyası və Yaxın Şərqdə xeyli sayda narkotik həb ələ keçirilib. Asiyada isə “dəlilik dərmanı” adlandırılan 18 milyon ədəd “Yaba” həbi tapılıb.

DİGƏR XƏBƏRLƏR

Top