Bu ölkənin Prezidentinə sui-qəsd törədildi

 
Naməlum şəxslər Haiti Prezidenti Jovenel Moizə qarşı sui-qəsd törədiblər, dövlət başçısı xəsarət almayıb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, insident Pon Ruj şəhərində baş verib.
 
Hadisə müstəqil Haiti dövlətinin qurucusu və onun imperator I Jak adı altında ilk rəhbəri Jan-Jak Dessalinin ölümünün 212-ci ildönmünə həsr olunmuş mərasimdə yaşanıb.
 
Milli qəhrəmanın memorialına gül dəstələri qoyarkən hücum edənlər Prezidentə atəş açıblar. Mühafizəçilər Prezidenti təhlükəsiz yerə aparıblar, o xəsarət almayıb. Dövlət başçısının təhlükəsizlik xidmətinin iki əməkdaşı yaralanıb, onlardan biri başından yara alıb.

DİGƏR XƏBƏRLƏR

Top