Paşinyan baş nazir postuna namizəd olmayacaq


Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün dünən postundan istefa verən Nikol Paşinyan seçkilər keçirilənə qədər baş nazir postuna namizəd olmayacaq. Paşinyan hüquqşünaslarla məsləhətləşərək, parlamentin baş nazir seçəcəyi prosedura qatılmayacağını deyib. "Bu, siyasi yox, hüquqi məsələdir və hüquqşünaslar arasında debatlar gedir. Dünən günün ikinci yarısına olan rəyə görə, namizədliyimi irəli sürməyim doğru qərar olmazdı". Xatırladaq ki, Ermənistan parlamenti yaxın 2 həftə ərzində baş nazir seçməlidir. Əgər hər 2 müzakirə zamanı baş nazir seçilməzsə, ölkə prezidenti növbədənkənar parlament seçkiləri təyin edəcək.

Beləliklə, Ermənistanda növbədənkənar parlament seçkiləri prosesi başlanıb. Seçkilərin dəqiq tarixi məlum deyil, lakin N.Paşinyan seçkinin dekabrın birinci ongünlüyündə keçiriləcəyini ehtimal edir. "Daha əvvəl dediyim kimi, mən baş nazir vəzifəsindən istefa vermişəm. Bu istefanın məqsədi, baş nazir vəzifəsini tərk edərək, üzərimə düşən məsuliyyətdən boyun qaçırmaq deyil, əksinə, qeyri-zorakı, məxməri, xalq inqilabının məntiqi nəticəsinə çatdırmaq - tam hakimiyyəti xalqa qaytarmaqdır", - televiziya çıxışında Nikol Paşinyan bəyan edib.

Ermənistan prezidenti Armen Sarkisyan dünən baş nazirin və hökumətin istefasını qəbul edib. Lakin yeni hökumət tərtib olunana kimi baş nazir də, onun başçılıq etdiyi hökumət də öz səlahiyyətlərini yerinə yetirməyə davam etdirəcəklər.(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top