Bakıda avtoxuliqan həbs olundu


Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək yolda digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücünü saxlayıb. DİN-dən Yeniavaz.com-a verilən məlumata görə, sürücü Elçin Əhmədov 99-GB-678 dövlət nömrə nişanlı “BMV” markalı avtomaşınla Cəfər Cabbarlı küçəsində, həmçinin  İnşaatçılar prospektində təhlükəli manevrlər edib. O, avtomobili yüksək sürətlə sürərək yol hərəkət qaydalarını kobud şəkildə və davamlı olaraq pozub. 

Bunu aşkar edən Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları onu Cəfər Cabbarlı küçəsində saxlaya biliblər. Saxlanılarkən avtomobilin şüşələrinə bağlayaraq özünü bloqer kimi təqdim edən və yol polisini mobil telefon vasitəsi ilə videoya çəkməklə hədələyən sürücü post patrul xidməti əməkdaşları tərəfindən avtomobildən çıxarılıb.

Sürücü barəsində araşdırma aparılan zaman onun bu ilin 10 ay ərzində 27 dəfə qayda pozuntusu törətdiyi, barəsində inzibati protokollar tərtib olunduğu və 18 cərimə balı topladığı məlum olub. Bu səbəbdən sürücü barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim olunub. E.Əhmədovun törətdiyi xətalar video görüntülər vasitəsilə  sübuta yetirilib və məhkəmə qərarı ilə o, 20 gün inzibati qaydada həbs edilib. Bundan başqa onun sürücülük hüququ bir il müddətinə məhdulaşdırılıb. 

DİGƏR XƏBƏRLƏR

Top