Qaşıqçının qətlinə dair səs yazıları üzə çıxdı: öncə barmaqları, sonra başı kəsilib



Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedəndən sonra yoxa çıxan jurnalist Camal Qaşıqçının taleyinə dair sirr üzə çıxıb. Yeniavaz.com “Yeni Şafak” qəzetinə istinadla xəbər verir ki, İstanbul konsulluğunda törədilmiş vəhşi cinayətlə əlaqədar Türkiyənin əlində bir neçə səs yazısı var. Səs yazılarının birində ötən gün Türkiyəni tərk edərək Ər-Riyada qayıdan səudiyyəli baş konsul Məhəmməd Uteybi qətlin konsulluq binasının kənarında törədilməsini istəyir. Buna cavab olaraq ona “yaşamaq istəyirsənsə, sus” deyilir.

Vəliəhd şahzadə Məhəmməd Salman müxalif jurnalist C. Qaşıqçının qətlə yetirilməsi üçün aralarında məhkəmə tibbi qurumunun rəhbəri Əl-Tubayqinin də olduğu 15 nəfəri İstanbula göndərmişdi. Sənədlər üçün konsulluğa gələn jurnalistə jurnalistə qorxulu işgəncələr verilib. O, dindirilərkən əvvəlcə barmaqları qoparılıb, sonra isə başı kəsilərək öldürülüb. İşgəncə zamanı baş konsul “Bunu kənarda edin. Mənim başımı dərdə salmayın” deyə etiraz edib. Digər səs yazısında isə baş konsula “Ərəbistana qayıdanda yaşamaq istəyirsənsə, su” dediyi eşidilir.

DİGƏR XƏBƏRLƏR

Top