CNN: 15 nəfər musiqiyə qulaq asaraq Qaşıqçının cəsədini parçalayıb

 
Türkiyədə yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçı öldürüldükdən sonra cəsədi hissələrə ayrılıb. Yeniavaz.com “Sözcü” qəzetinə istinadla xəbər verir ki, bu barədə CNN telekanal məlumat yayıb.
 
Telekanal Türkiyə rəsmilərinə istinadən xəbər verir ki, jurnalist Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürüldükdən sonra orada hissələrə bölünüb. İddiaya əsasən, C. Qaşıqçı konsulluğun binasına daxil olan kimi döyülərək öldürülüb.
 
O, öldürüldükdən sonra Səudyyə Ərəbistanından gəlmiş 15 nəfərlik qrup musiqi dinləyərək cəsədi parçalayıb. C. Qaşıqçının ağıllı saatındakı səs yazılarını dinləyən türk rəsmilərinə əsaslanaraq bu iddia irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top