Türkiyədən qaçan səudiyyəli konsulla bağlı AKP-dən açıqlama


 
Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd əl-Katibi Türkiyəni tərk edərək ölkəsinə qayıdıb. Yeniavaz.com “Sözcü” qəzetinə istinadla xəbər verir ki, xidməti maşını ilə konsulluğun binasından çıxan səfir Atatürk hava limanına gedib.
 
Baş konsul aeroportdan təyyarə ilə ölkəsinə qayıdıb. Onun ailəsi isə hələ də İstanbuldadır. Türkiyədə itən səudiyyəli jurnalist Camal Qaşıqçının işi ilə əlaqədar M. əl-Katibinin oturduğu Baş Konsulluğun iqamətgahına da baxış keçiriləcəyi bildirilmişdi. Digər tərəfdən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan etmişdi ki, məsələ ilə bağlı konsulluğun əməkdaşları da dindirilə bilər.
 
Səudiyyəli baş konsulun Türkiyəni tərk etməsinə Ədalət və İnkişaf Partiyasının (AKP) sözcüsü Ömər Çəlik münasibət bildirib. “Milliyət” qəzeti yazır ki, Ö. Çelik  həmin baş konsulun toxunulmazlıq hüququ olduğunu qeyd edib: “Onun səfərinin hər hansı bir şəkildə qarşısının alınmasından söhbət gedə bilməz. Türkiyə hüquq dövlətidir. İlk andan etibarən öz istintaqımızı aparmaq üçün konsulluq binasına və iqamətgahına daxil olmağımıza icazə verilməsini tələb etdik.

DİGƏR XƏBƏRLƏR

Top