İqtisadiyyat İnstitutunun əməkdaşları təltif edilib


Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Əliyev Tərbiz Nəsib oğlu

İmanov Nazim Müzəffər oğlu

Musayev Akif Fərhad oğlu

Sultanova Rəna Polad qızı

Yüzbaşıyeva Gülşən Zahid qızı.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Hüseynov Tofiq Həsən oğlu

Muradov Allahyar Niyaz oğlu.

DİGƏR XƏBƏRLƏR

Top