İqtisadi artım tempi sentyabrda da 1%-dan aşağı olub


Bu ilin yanvar-sentyabr aylarında ölkədə 57 milyard 761,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici iyul və avqust ayları istisna olmaqla 2018-ci il ərzində qeydə alınan ən aşağı göstərici hesab olunur.
ÜDM-də qeydə alınan artım bu ilin yanvar ayında 2%, fevral ayında 1,3%, mart ayında 2,3%, aprel ayında 1,2%, may ayında 1,1%, iyun ayında 1,3%, iyul ayında 0,2%, avqust ayında isə 0,7% həddində olub.
Son 9 ay əzrində iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 1%, neft sektorunda isə 0,5% artıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 5 min 889,2 manata bərabər olub.
Mədənçıxarma sektorunda neft hasilatı 0,7%, əmtəəlik qaz hasilatı isə 2,4% artıb.
 

DİGƏR XƏBƏRLƏR

Top