SOCAR neft-qaz hasilatını artırıb


Bu ilin 3-cü rübü ərzində Dövlət neft Şirkəti tərəfindən (SOCAR) 1,9 milyon ton neft və 1,67 milyard kubmetr qaz hasil olunub. Yeniavaz.com SOCAR-dan açıqlanan məlumata istinadən bildirir ki, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə neft hasilatı  1,5%, təbii qaz hasilatı 11% artıb.
Ümumiyyətlə, 2018-ci ilin doqquz ayında respublika üzrə 29 milyon ton neft və 22 milyard kubmetr təbii qaz hasil olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkə üzrə neft hasilatında təqribən 0,8%, qaz hasilatında isə 4,5% artıma nail olunduğunu göstərir. 

Bu ilin 9 ayı ərzində Azərbaycana 1,59 milyard kubmetr qaz idxal olunub  və 6,48 milyard kubmetr qaz ölkədən ixrac edilib.

DİGƏR XƏBƏRLƏR

Top