Pambıq istehsalı kəskin azalıb


Bu ilin oktyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,5 faizi, yaxud 1 milyon 45,8 min hektarı biçilib və həmin sahələrdən 3  milyon 49,6 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz çox məhsul götürülüb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,2 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanan 24,1 min hektar qarğıdalı sahəsindən 151 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 62,7 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 200,6 min ton olub.
Məhsul yığımı başlanandan oktyabr ayının 1-dək sahələrdən 1 milyon 298,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz çox tərəvəz, 852,8 min ton (1,1 faiz az) kartof, 395,9 min ton (8,8 faiz az) bostan məhsulları toplanıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı tərəvəz üzrə 13 sentner, bostan məhsulları üzrə 4 sentner artıb, kartof üzrə isə 1 sentner azalıb və uyğun olaraq 195, 190 və 148 sentner olub.
2018-ci ildə 132,5 min hektar sahədə pambıq, 11,6 min hektar sahədə dən üçün günəbaxan, 8,6 min hektar sahədə şəkər çuğunduru və 3,4 min hektar sahədə tütün əkilib. Oktyabrın 1-i vəziyyətinə həmin sahələrdən 43,8 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 19,8 faiz az pambıq, 23,9 min ton (19,8 faiz az) dən üçün günəbaxan, 167,7 min ton (3,3 faiz az) şəkər çuğunduru və 3,8 min ton (4 faiz çox) tütün yığılıb.
Hesabat dövrünə 588,2 min ton (6,3 faiz çox) meyvə və giləmeyvə, 111,2 min ton (1,4 faiz çox) üzüm, 736,3 ton (28,1 faiz çox) yaşıl çay yarpağı toplanıb.

DİGƏR XƏBƏRLƏR

Top