İranın 14 təhlükəsizlik qüvvəsi əməkdaşı QAÇIRILDI


İranın Pakistanla sərhədindəki Sistan və Bəlucistan vilayətinin Mircave şəhərində güc strukturlarının 14 əməkdaşı qaçırılıb.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, onların səhər saatlarına bir qrup terrorçu tərəfindən oğurlandığı bildirilir.
Qaçırılanlardan yeddisi Bəsiç milisi, beşi sərhədçi, ikisi isə İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat üzvü olub. Digər tərəfdən, Sistan və Bəlucistan vilayətində fəaliyyət göstərən “Ceyşul Adl” adlı təşkilat sosial şəbəkə vasitəsilə baş vermiş hadisəyə görə məsuliyyəti üzərinə götürüb. İran insidentlə bağlı hələ rəsmi açıqlama verməyib.
Qeyd edək ki, İranın terror təşkilatı elan etdiyi “Ceyşul Adl” ölkədəki sünni Bəluç xalqının haqlarını müdafiə etdiyini irəli sürərək Tehrana qarşı silahlı mübarizə aparır. Həmin təşkilar ötən ilin aprel ayında bir İran əsgərini qaçırmışdı. Qaçırılan əsgər avqustun 15-də azad olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top