Rusiya PYD/YPG-ni ittiham etdi

 
Terrorçular ABŞ yönümlü birləşmələrin fəaliyyətsizliyi ucbatından Suriyada Fərat çayının şərq sahilində təqribən 20 kilometr uzunluğunda sahəyə nəzarəti ələ keçiriblər. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-leytenant Vladimir Savçenko deyib.
 
Onun sözlərinə görə, terrorçular Hacin və Əs-Susa yaşayış məntəqələri arasındakı ərazini ələ keçiriblər. General qeyd edib ki, ABŞ İŞİD terror qruplşaması üzərində qələbə qazanıldığını bəyan etsə də, silahlılar ölkənin müxtəlif ərazilərində nəzarəti hələ də saxlayırlar: “ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya və Suriya Demokratik Qüvvələrinin (SDQ) Amerika yönümlü kürd birləşmələri Deyr əz-Zur vilayətində silahlılarla mübarizə imitasiyası aparmağı davam edir”.
 
Qeyd edək ki, SDQ-nin əsasını PYD/YPG terrorçuları təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top