Telman İsmayılovun bacısı oğlu 10 milyon qarşılığında azadlığa buraxıldı


Moskva şəhər məhkəməsi Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun bacısı oğlu Zaur Mərdanovu azad edib.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Z. Mərdanov müğənni Avraam Russonun oğurlanmasında ittiham olunub. O, 10 milyon rubl məbləğində girov qarşılığında azad olunub. Əgər pullar noyabrın 17-dək məhkəmənin depozit hesabına yerləşdirilməsə, həbs barədə qərar qüvvədə qalacaq.
Z. Mərdanovbir ay əvvəl istintaq təcridxanasına yerləşdirilib. İnsan oğurluğuna görə onu 12 həbs cəzası gözləyir. Bakıda anadan olmuş  Rusiya vətəndaşı Z. Mərdanov özünü təqsirkar bilməyib. İstintaq hesab edir ki, Z. Mərdanov dayısının sifarişi ilə müğənnini qaçırıb.

DİGƏR XƏBƏRLƏR

Top