Şəkidə gəlin maşını şadlıq sarayına traktorların müşayiəti ilə gətirilib - VİDEO


Şəkidə dostları bəyə qeyri-adi sürpriz ediblər. Onlar kənddəki bütün traktorları bəzəyərək toy karvanına qoşulublar. Bəyin isə bu sürprizdən yolda traktorlarla qarşılaşdıqda xəbəri olub. Qeyri-adi toy karvanı Şəkidə təşkil edilib. Rayonun Öryət kənd sakini Ümid Əsgərovun toyunda dostları ona sürpriz hazırlayıblar. Onlar Ümidin özünün də tarktorçu olduğunu nəzərə alaraq toy günü kənddəki bütün traktorları toplayıblar. Bəyin dostları traktorları bəzəyərək toy karvanına qoşulmaq qərarına gəliblər.

Ümid Əsgərovun qeyr-adi bu toy karvanından xəbəri olmayıb. Yalnız küçədə bəzədilmiş traktorlar gəlini maşını ilə rastlaşdıqda məsələnin nə yerdə olduğunu anlayıb. Traktorlar kənddən 10-15 kilomterlik məsafədə, rayon mərkəzində yerləşən şadlıq sarayına qədər gəlin maşınını müşayiət ediblər. Dostlarının bu qeyri-adi sürprizi bəyin də ürəyincə olub. Dostlar toydan sonra da gəlin maşınını kəndə qədər müşayiət ediblər.(Xezerxeber)

DİGƏR XƏBƏRLƏR

Top