Yeni virus yayıldı: telefondakı şəxsi məlumatlarınız oğurlana bilər


“Cisco” şirkətinin proqramçıları “Android” əməliyyat sistemini istifadəçilərinin şəxsi məlumatlarını oğurlamaq iqtidarında olan yeni troyan aşkarlayıblar. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, ekspertlər virusu “Gplayed” adlandırıblar. Virus telefonu yoluxduraraq özünü rəsmi “Google Play” əlavəsi kimi göstərməyə çalışır. Telefonun ekranında “Google Play Marketplace” imzası ilə işarə peyda olur. Troyan məsafədən telefonu idarə edə, onu bloklaya, zəng edə və məlumat göndərə bilər. Bundan başqa, əlavənin bank məlumatlarına giriş əldə etmək imkanı var.

DİGƏR XƏBƏRLƏR

Top