Gürcüstanda saxta dollar satan Azərbaycan vətəndaşı saxlanılıb


Gürcüstanda külli miqdarda saxta 100 dollarlıq əskinaslar satan Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə qonşu ölkənin Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşından 617 ədəd saxta 100 dollarlıq əskinaslar (61 700 dollar) müsadirə olunub. Faktla bağlı istintaq davam etdirilir. Azərbaycan vətəndaşını 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. (Report)

DİGƏR XƏBƏRLƏR

Top