Məktəblilərin respublika çempionatı keçiriləcək

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq idmanın Atletika, Şahmat, Voleybol və Basketbol növləri üzrə Məktəblilərin Respublika Çempionatı keçiriləcək. Yeniavaz.com xəbər verir ki, bununla əlaqədar Ağdaş Rayon Gənclər və İdman İdarəsində 11 rayonun Gənclər və İdman idarələrinin rəisləri, UGİM-nin direktorları və məşqçı müəllimlərin iştirakı ilə Məktəblilərin Respublika Çempionatının zona yarışlarının təşkil olunması məqsədilə zona toplantısı keçirilib. Toplantını Ağdaş Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov açaraq zona toplantısında iştirak edən nümayəndələri salamlayıb və yarışların yüksək səviyyədə keçiriləcəyini bildirib. Təhsil Nazirliyinin Respublika İdman Mərkəzinin direktorunun müavini Çingiz Səmədov, Gənclər və İdman Nazirliyinin məsul işçisi Əliniyaz Mirzəyev zona toplantısının keçirilmə qaydaları, təşkilatı məsələlər haqqında toplantı iştirakçılarına ətraflı məlumat veriblər. Tədbirdə Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Ağdaş, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının nümayəndələri iştirak edib. Yarışlara 2019-cu ildən başlanacaq. Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top