“Donuz qripi” onlarla insanı öldürdü

Hindistanda “donuz qripi” 56 nəfərin ölümünə səbəb olub.

Hindistanın Mumbay şəhərində 12 gün işində 56 nəfər “donuz qripi”ndən ölüb.  Bu barədə Hindistan mətbuatı məlumat yayıb. Bildirilib ki, H1N1 virusu şübhəsi ilə müalicə edilən 51 nəfərin vəziyyəti ağırdır. Yanvar ayından bu günə qədər “donuz qripi” səbəbilə 90 nəfərdən çox insan ölüb.

“Donuz qripi”ndən ölənlərin sayı bu ay daha çox olub. Səhiyyə Nazirliyi əhalini gigiyenik tələblərə riayət etməyə çağırıb. Bölgədə mindən çox ev dərmanlanıb. (Sputnik Azərbaycan)

DİGƏR XƏBƏRLƏR

Top